Menu

"Misirlə əlaqələrdə yeni dövr başlayır" - Türkiyənin XİN başçısı

14.04.2021, 11:28
"Misirlə əlaqələrdə yeni dövr başlayır" - Türkiyənin XİN başçısı

“Türkiyə-Misir əlaqələri üçün yeni bir dövr başlayır”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Rəsmi Ankaranın Misirə səfir təyin edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran nazir deyib: “Bu məsələni hələlik müzakirə etməmişik. Xarici işlər nazirlərinin müavinləri və diplomatlar səviyyəsində bir toplantı olacaq. Səfir təyinatı məsələsi orada gündəliyə gələ bilər. Bu görüşün tarixi hələ ki məlum deyil”.

“Misirlə qarşılıqlı ziyarətlər olacaqmı” sualına isə M.Çavuşoğlu belə cavab verib: “Niyə olmasın. Qarşılıqlı ziyarətlər də, görüşlər də olacaq”.

Şərhlər

Mubariz 2021-04-14 13:19:48

Bes Sisi qatil idi?Bes merhum Mursi ne oldu?Ne tez ututduz.Ne tez movqeyizi deyisdiz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol