Menu

Covid-19 virusunun mənşəyi barədə iki versiya - ABŞ kəşfiyyat birliyinin yanaşması

15.04.2021, 08:00
Covid-19 virusunun mənşəyi barədə iki versiya - ABŞ kəşfiyyat birliyinin yanaşması

Amerika Birləşmiş Ştatları (ABŞ) kəşfiyyat birliyi Covid-19 virusunun iki alternativ versiyasına, o cümlədən, laboratoriya qəzası versiyasına baxır.

Bu barədə aprelin 14-də ABŞ Konqresi Senatının kəşfiyyat üzrə komitəsindəki dinləmələrdə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ervil Heyns bəyan edib.

«Kəşfiyyat birliyi dəqiq bilmir ki, Covid-19 virusu insana ilk olaraq, nə vaxt və necə ötürülüb» - xanım direktor bildirib.

İndiyə qədər iki hipotez mövcud olub: virus yoluxmuş heyvanla təmas zamanı insana ötürülüb, ikincisi isə - «laboratoriyada bədbəxt hadisədir».

«Biz, bu məsələ üzərində işləməkdə davam edirik və informasiya toplayırıq» - Heyns izah edib.

Xəbər verildiyi kimi, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin sözlərinə görə, ABŞ xüsusi mərkəzlərdə, dünyanın hər yerində, xüsusilə Çin və Rusiya sərhədlərində bioloji silah yaradılması işləri görür. Bundan əvvəl Rusiya Federasiyasının prezidenti Vladimir Putin bəyan edib ki, koronavirus pandemiyasına oxşar təhlükələr gələcəkdə də mümkündür. Odur ki, Rusiya bunlardan etibarlı şəkildə qorunmalıdır.

Martın 26-da ABŞ Xəstəliklərin profilaktikası və onlara nəzarət Mərkəzinin rəhbəri Robert Redfild bəyan edib ki, Covid-19 süni yolla yaradılıb - onun sözlərinə görə, yeni tip koronavirusun yayılma xüsusiyətləri buna işarə edir.

Bundan bir həftə sonra, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus etiraf edib ki, koronavirus infeksiyasının mənşəyi müəyyən olunmayıb və ÜST «koronavirusun mənşəyinin bütün mümkün versiyalarına baxmaqda davam edir».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol