Menu

Türkiyə və Yunanıstan XİN başçıları görüşüb

15.04.2021, 19:14
Türkiyə və Yunanıstan XİN başçıları görüşüb

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu yunanıstanlı həmkarı Nikos Dendiasla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Yunanıstan XİN başçısı “Twitter”də bildirib.

Görüşdə ikitərəfli münasibətlər, Aİ-Türkiyə əlaqələri, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Qeyd edək ki, Ankarada səfərdə olan Yunanıstan XİN başçısını Türkiyə Prezidenti qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol