"Azərişıq" daha 3 xidmətini elektronlaşdırır

"Azərişıq" ASC qarşıdakı aylarda bir sıra xidmətlərini elektronlaşdıracaq.

"Report" xəbər verir ki, bunu qurumun İnformasiya texnologiyaları departamentinin rəisi Qalib Həmidov bildirib.

"Tez bir zamanda abunəçilər addan ada keçirmə, sayğacın dəyişdirilməsi, borcun olmaması ilə bağlı arayışın alınması üçün müraciətləri elektron şəkildə göndərə biləcəklər", - deyə o, əlavə edib.

Q.Həmidov həmçinin qoşulma ilə bağlı istehlakçıların qarşılaşdıqları suallara da aydınlıq gətirib: "Mövcud qaydalara görə, obyektlə qoşulma məntəqəsi arasındakı məsafə 400 metrdən artıq ola bilməz. Abunəçi şəbəkəyə qoşulmaq üçün müraciət etdikdə xəritədə ona ən uyğun transformator məntəqəsi seçilir. Bəzən abunəçilər yaxın məsafədə olan transformatorun deyil, bir qədər uzaqdakı transformatorun seçilməsi ilə bağlı narazılıq edir. Əslində isə transformatorun seçilməsi mövcud mümkün güclə bağlıdır. Yəni əgər obyektə yaxın transformator tam yüklənibsə sistem avtomatik olaraq ondan sonrakı daha yaxın transformatoru seçir. Bütün bunlar isə insan əməyi olmadan tam avtomatik baş verir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar