Menu

"Konsulun Sankt-Peterburqda saxlanılması təxribatdır" - Ukrayna XİN

17.04.2021, 13:12
"Konsulun Sankt-Peterburqda saxlanılması təxribatdır" - Ukrayna XİN

"Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşının saxlanılması Rusiyanın sabitliyi pozan hərəkətləri fonunda növbəti təxribatdır".

APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Xarci İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko deyib.

O bildirib ki, hazırda diplomat Ukrayna konsulluğundadır: "Saxlanılma halı araşdırılır. Yaxın zamanda Ukrayna tərəfi mövcud təcrübəni nəzərə alaraq bu təxribata cavab formasına qərar verəcək".

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyukun saxlanılması barəəd məlumat yayıb. Bildirilib ki, ukraynalı diplomat RF vətəndaşı olan bir şəxslə görüşüb və o, Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumatı alarkən saxlanılıb.

Şərhlər

t.ədalət 2021-04-17 15:10:12

Rusiya ayaqyolu ölkəsi olduğunu bir daha təsdiq etdi.Görəsən,ruslar bu vəziyyətə necə dözürlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol