Menu

Mingəçevirdə usta işlədiyi evdə qəfildən dünyasını dəyişib

17.04.2021, 21:44
Mingəçevirdə usta işlədiyi evdə qəfildən dünyasını dəyişib

Mingəçevir şəhərində usta işlədiyi həyətdə ölüb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə balıq zavodu yaxınlığındakı fərdi təsərrüfatlardan birində baş verib.

Həmin ünvandakı tikilidə usta kimi çalışan 1959-cu il təvəllüdlü şəhər sakini Məhyəddinov Gülağa Gülməmməd oğlu iş başında qəfil keçinib. Əldə edilən məlumata görə, mərhum ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol