Menu

“Navalnı həbsxanada ölərsə, Rusiya üçün nəticələr olacaq” - Ceyk Sallivan

19.04.2021, 09:00
“Navalnı həbsxanada ölərsə, Rusiya üçün nəticələr olacaq” - Ceyk Sallivan

“ABŞ Aleksey Navalnının həbsxanada öləcəyi təqdirdə, Rusiya üçün nəticələrin olacağını bildirir”.

APA xəbər verir ki, bunu bazar günü ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CNN-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ tərəfi Rusiya rəhbərliyinə həbsdə olan Navalnının başına gələn hər şeyə görə cavabdeh olduğunu, bununla bağlı beynəlxalq ictimaiyyətə cavab verəcəklərini bildirib: “Tətbiq edə biləcəyimiz konkret tədbirlərə gəldikdə, onları həyata keçirməyin müxtəlif yollarını nəzərdən keçiririk, bu mərhələdə bunlar barədə açıq danışmayacağam, ancaq Navalnının öldüyü təqdirdə, nəticələrinin olacağını söylədik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol