Menu

Obama restoranda hesabı ödəyə bilmədi

18.10.2014, 11:45
Obama restoranda hesabı ödəyə bilmədi

ABŞ pzidenti Barak Obama "Təhlükəsiz Alış-veriş" proqramını başladıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən İstehlakçıların Maliyyə Hüquqlarının Mühafizə Dərnəyində çıxış edən Obama milyonlarla amerikalının şəxsiyyət vəsiqəsinin oğurlandığını bildirib.

Obama öz kredit kartının da getdiyi bir restoranda rədd edildiyindən danışıb:

"BMT Baş Assambleyası zamanı Nyu-Yorkda bir restorana getdim və kredit kartım rəddedildi. Bəlli oldu ki, kartımdan kifayət qədər istifadə etmirəm. Restorandakılar fırıldaqçılaqdan şübhələnirdilər.Yaxşı ki, Mişelin kartı yanında idi. Mən isə ofisianta kredit borcalrımı vaxtında ödədiyimi izah edirdim”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol