Menu

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

19.04.2021, 19:53
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı məhv edilib.

“Report” xəbər verir ki, məlumat Türkiyə Silahlı Qüvvələrinin tvitter səhifəsində yayılıb.

Bildirilib ki, Silahlı Qüvvələr Türkiyə sərhədlərindən kənarda da antiterror əməliyyatını davam etdirir: “Terrorçuların yerləri təsbit olunaraq məhv edilir”.

Məlumata görə, İraqın şimalındakı Metina rayonunda keçirilən son əməliyyat nəticəsində 9 terrorçu zərəsizləşdirilib: “Əməliyyat qətiyyətlə davam edəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol