Menu

Deputatın oğlu 7-ci Polis Bölməsinə rəis təyin edilib

20.04.2021, 10:04
Deputatın oğlu 7-ci Polis Bölməsinə rəis təyin edilib

Deputat Aqil Abbasının daxili işlər orqanlarında çalışan oğlu Tuncay Abbasov yeni vəzifəyə təyin olunub.

APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Tuncay Abbasov Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad edilərək, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı APA-ya təsdiqləyib.

Şərhlər

Müəllim 2021-04-20 14:20:06

Allahım Adilsən ğz böyüklüyünə bağışla bizi Ədalət axtarışındayıq

Aqşin 2021-04-20 14:18:52

Hörmətli deputat danışanda deisən bundan ədalətli düzgün dürüst adam yoxdu amma gəl ki oğlu bölmə rəisidi

t.ədalət 2021-04-20 12:06:10

Fəttah Heydərovun kadrlarının qarşısında həmişə işıqlı üfiqlər açılır.Nə yazıq ki kişinin "dayılıq" etdiklərinin heç biri bunu etiraf etmir.Ancaq toylarda "həmən kürdəm" havasına oynamaqla kimliklərini göstərirlər.

Müəllim 2021-04-20 11:53:16

Allah böyükdür Azərbaycan xalqinı vicdanı susmuşlardan qorusun

RT 2021-04-20 11:38:09

Xeyirdimi ?

Vətəndaş 2021-04-20 11:17:38

Bunlar ona görə zəli kimi yapışıblar hakimiyyətdən,kresloları irsi xəstəliyə döndəriblər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol