Menu

Aytmatovun xanımı koronavirusdan dünyasını dəyişdi

21.04.2021, 00:04
Aytmatovun xanımı koronavirusdan dünyasını dəyişdi

Dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun həyat yoldaşı Mariya Aytmatova koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, Aytmatovun gəlini Sabirə Aytmatova sosial şəbəkədə yazıb. Yazıçının xanımı 79 yaşında müalicə olunduğu xəstəxanada vəfat edib.

Qırğızıstan Prezidenti Sadır Japarov Mariya Aytmatovanın ölümü ilə əlaqədar yazıçının ailəsinə başsağlığı verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol