Menu

Deputat səhiyyə nazirinin istefasını tələb edir - "İssık-kul kökü" tarixçəsi

21.04.2021, 00:41
Deputat səhiyyə nazirinin istefasını tələb edir - "İssık-kul kökü" tarixçəsi

Qırğızıstanda deputat Təzəbəy İkrəmov səhiyyə naziri Alımkadır Beyşenəliyevin istefasını tələb edir - koronaviruslu pasiyentlərin issık-kul kökü ilə müalicəsinə icazə verdiyinə görə. 

Bu barədə «Vesti.kq» nəşri yazıb.

«Xalq müalicəsi ilə rəsmi təbabəti bir sıraya qoymaq olmaz. Hesab edirəm ki, o, istefaya getməlidir və ümid edirəm ki, bu, baş verəcək» - deputat bəyan edib.

İkrəmov səhiyyə nazirinin koronavirus müalicəsi ilə bağlı «yaradıcılıq yanaşması»dan qəzəblənən yeganə deputat deyil. Onun həmkarı Alfiyə Smaqulina da əmindir ki, pasiyentlərin lazımi sınaqlardan keçməmiş vasitələrlə müalicəsi yolverilməzdir. Daha bir deputat - Janat Akayev isə bəyan edib ki, Beyşenəliyev issık-kul kökü ilə bağlı fikirlərilə Qırğızıstan səhiyyəsini biabır edib.

Xatırladırıq ki, koronavirusun issık-kul kökünün suyu (akkonit) ilə müalicəsi barədə xatırlatma ötən həftə Qırğızıstan prezidenti Sadır Jarapovun səhifəsində yer alıb. Sonra bu mövzundan nazir Beyşenəliyev yapışıb: o təkcə bəyan etməyib ki, sözügedən «maye» artıq pasiyentlərin müalicəsində istifadə olunur, həm də jurnalistlərin gözləri qarşısında həmin «dərman»dan bir fincan içib.

Hakimiyyət nümayəndələrinin bəyanatları cəmiyyətdə təəccüb və hiddət doğurub. Həkimlər, alimlər və ÜST nümayəndələri birmənalı olaraq, bəyan ediblər: koronavirusdan müalicə istiqamətində bu mayenin effektliliyi barədə heç bir məlumat yoxdur, ondan ağır zəhərlənmə (letal sonluğa qədər!) barədə informasiyalar isə kifayət qədərdir.

Sonradan bu maye barədə Jarapovun səhifəsindəki xatırlatma «yoxa çıxıb».

AzPolitika.info

Şərhlər

Əfqan 2021-04-21 11:45:45

Bunların səhiyyə naziri heç olmasa təklif verir,arada görünür.Bizim Şirəliye isə qınına çəkilib nə özü nə işi görünür.Hakimiyyət isə susur.Niyə?u

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol