Menu

“Bayramı qardaş ölkənin paytaxtı Bakıda qeyd edirik” - Türkiyənin Azərbaycandakı səfiri

23.04.2021, 14:54
“Bayramı qardaş ölkənin paytaxtı Bakıda qeyd edirik” - Türkiyənin Azərbaycandakı səfiri

Bakıda Türkiyənin 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı və Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 101-ci ildönümü qeyd olunub.

“Report” xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə qardaş ölkənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı, diplomatik nümayəndəliyin əməkdaşları, eləcə də Bakı Türk Məktəbinin şagirdləri iştirak edib.

Tədbirdə çıxış edən səfir hər kəsi bayram münasibəti ilə təbrik edib: “Bayramı qardaş ölkənin paytaxtı Bakıda gələciyimizin təminatçısı olan uşaqlarla birlikdə qeyd edirik. Ulu öndər Mustafa Kamal Atatürkün dediyi kimi hakimiyyət qeyri-şərstiz xalqa məxsusdur”.

Səfirin çıxışından sonra Bakı Türk Məktəbinin şagirdləri günün mövzusu ilə əlaqəli şeirlər söyləyiblər. Eyni zamanda Bakı Türk Anadolu liseyinin 2-ci sinif şagirdi Samirə İsmayılova Türkiyənin milli himnini səsləndirib.

Tədbirin davamında səfir uşaqları xidməti iş otağına aparıb və kreslosunu müvəqqəti olaraq onlara həvalə edib.

Şərhlər

Niyaməddin 2021-04-23 18:45:00

Cahit bəy, Allah sizi müvəffəq qılsın!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol