Menu

Avropa çempionatı: Güləşçimiz erməniyə qalib gəldi

23.04.2021, 16:28
Avropa çempionatı: Güləşçimiz erməniyə qalib gəldi

Azərbaycan güləşçisi Teleh Məmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Ermənistan təmsilçisi Qraçya Poqosyanı məğlub edib.

Məmmədov 1/8 finalda isə Nikolay Viçevdən (Bolqarıstan) güclü olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol