Menu

Sloveniyanın baş nazirinin ailəsi təhdid edilir

24.04.2021, 00:55
Sloveniyanın baş nazirinin ailəsi təhdid edilir

Naməlum şəxslər Sloveniyanın baş naziri Yanez Yanşın xanımı Urşka Baçovnik-Yanşın və onun iki oğlunun ünvanına təhdid dolu məktub göndəriblər.

“Report” xəbər verir ki, bu barədə Selye şəhərinin siyasətçinin arvadının işə düzəldiyi xəstəxanasına istinadən “Vecer” qəzeti bildirib.

Məktubun dəqiq məzmunu açıqlanmır. Sloveniya polisi artıq araşdırmaya başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol