Menu

Ermənistan-İran gömrüyü bağlanıb

26.04.2021, 16:28
Ermənistan-İran gömrüyü bağlanıb

Ermənistanla İran arasında fəaliyyət göstərən Meğri gömrüyü bağlanıb.

“Report” xəbər verir ki, məlumatı “news.am” yayıb.

Bildirilib ki, gömrük bağlandığı üçün Ermənistan-İran gömrük nəzarət-keçid buraxılış məntəqəsinin ətrafına xeyli yük avtomobili toplaşıb.

Məlumata görə, nəzarət keçid məntəqəsi Ermənistan dövlət gəlirlər komitəsi sədrinin müavini Şuşanik Nersisyanın (KİV-də “Nakolka Şuşo” ləğəbi ilə tanınır) əmri ilə bağlanıb.

Göstərişin verilməsinin səbəbi məlum deyil. Komitə də hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb.

Şərhlər

Ş. Bayramov 2021-04-26 19:11:32

Haqq-ədalət tez-gec zəfər çalır!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol