GENERAL AYAZ HƏSƏNOV KORPUS KOMANDİRİ TƏYİN OLUNDU - Müdafiə Nazirliyində mühüm təyinat (ÖZƏL)

Müdafiə Nazirliyində mühüm təyinat baş verib. AzPolitika.info-ya mötəbər hərbi mənbələrdən daxil olan məlumata görə, müdafiə naziri Zakir Həsənovun təqdimatı ilə Prezident İlham Əliyev general-mayor Ayaz Həsənovu Bakı Hərbi Birləşməsinin komandiri vəzifəsinə təyin edib.

Bu hərbi birləşmənin keçmiş komandiri general-leytenant Kərəm Vəliyev bu ilin may ayında müdafiə nazirinin müavini vəzifəsinə keçirilmişdi.

Ayaz Həsənov isə elə həmin vaxt gözlənilmədən Beyləqan Hərbi Birləşməsinin komandiri vəzifəsindən azad olunmuşdu.

Ayaz Həsənov Azərbaycanın ən gənc generallarından biridir. Onun karyera yüksəlişində Səfər Əbiyevin müstəsna rolu haqda məlumatlar olduğundan Beyləqan Hərbi Birləşməsinin komandiri vəzifəsindən azad olunması "vurulma" kimi qiymətləndirilmişdi. Lakin indi Ayaz Həsənovun yenidən korpus komandiri təyin olunması bu qiymətləndirmənin yalnış olduğunu göstərdi.

A.Həsənovu yaxından tanıyanlar onu savadlı, güclü avtoriteti olan bir zabit kimi təqdim edirlər.

Vaqif Nəsibov

“Azpolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar