Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda MSK-nın 18 yeni və 3 ehtiyat üzvü, Milli Məclisin Sədri Sahibə Qafarova və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev iştirak edib.
Milli Məclisin Sədri MSK üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
İclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.
Məzahir Pənahov yenidən MSK sədri, Rövzət Qasımov MSK sədrinin müavini, Mikayıl Rəhimli və Arifə Muxtarova isə MSK-nın katibləri seçiliblər.


Şərhlər
" islahatlar " - in neticesinde ........Məzahir Pənahov subut etdi , olkede ne bash verir ........
Məzahir müəllim MSK-nın sədri təkrar seçilibsə,deməli, seçkilər yenə də həmişəki kimi keçiriləcək.
20 il quruma rəhbərlik etmək bu artıq qurumun təkmiləşdirməsinə son qoymaqdır
əcəbdi
Saxjakarliq davam edtr
Alə yenə də buu???????????????????
Demeli yene de seckiler həmişəki kimi olajag