Babəkin heykəlinin hazırlanması dayandırılıb.
Bu barədə APA-ya Azərbaycan Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov bildirib.
O, heykəlin hazırlanma prosesinin bir hissəsinin həyata keçirildiyini deyib: “Heykəlin təxminən 40 faizi demək olar ki, tökülüb, hazırdır. Lakin pandemiya və maliyyə ayrılmaması səbəbindən işlər dayanıb. Yəqin ki, yaxın vaxtlarda yenidən maliyyə vəsaiti ayrılar, heykəlin hazırlanması yekunlaşar.”
Qeyd edək ki, Prezident İlham Əliyev 2011-ci ildə Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Heykəlin müəllifi Xalq rəssamı Arif Qazıyevdir. Abidə Babəkin adını daşıyan prospektdə ucaldılacaq.


Şərhlər
t.ədalete.Ay .... Boyuk Babek haqqinda .....Babek yadelli Abbasilere qarsi kisi kimi doyusub.Meger Abbasiler muselman olub?Peygemberin Əhli-Beytini qetl eden melundur....
Babək bizim üzqaramızdır.Ana-bacını özünə halal edən babəkizmi sevmək üçün,gərək binamus olasan.Məəttələm,bu xalq tarixi oxumur?İkincisi,biz müsəlman ölkəsiyik."Babəkin andı " əsərində (Mikayıl Rzaquluzadə) babək deyir ki,nə qədər bu qılınc əlimdədir,qoymaram ki,müsəlman şərqində "Allahu əkbər" kəlməsi səsləndirilsin".İki yol var:Ya,Allah və onun peyğəmbərini sevmək,ya da məlun babəkə itaət etmək.
Hörmətli rəssam yəqin ki,hansı məsuliyyətin altına çiyin verdiyinin fərqindədir. Babəkin heykəli möhtəşəmliyi ilə 50 milyonunıuq Azərbaycan türkünün ruhunu əks etdirməlidir. Babəkin Cənubi Azərbaycanda necə dəyərləndirildi hamıya bəllidir. Əgət gözləntilərimiz özünü doğrulmasa əlimizə çəkic - külüng götürüb heykəli sökəcəyik bilmiş olasanız.
Babək Azərbaycan xalqının qəhrəman oğludur .....
MasaALLAH pulumuza ne gelib?!Maliyye vesaiti yoxdur bu bahanedir.En optimal variant.Deyek Babək Turk oglu turk olub.Ozude eradan evvel babukku qedimi Turk tayfasi olub.Saxtakar tarixcilerimiz de don geydirer.Vessalam.Esas odur heykel qoyulsun.Biz Onu Turk qəbul ederik.Vessalam