Menu

Motosiklet sürücüsü yeniyetməni vuraraq hadisə yerindən qaçdı

29.04.2021, 09:31
Motosiklet sürücüsü yeniyetməni vuraraq hadisə yerindən qaçdı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Qədirli küçəsində evlərinin yanında yolu keçən 2007-ci il təvəllüdlü Vəlibəyov Nihad Nazim oğlunu motosiklet vuraraq hadisə yerindən qaçıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı rayon Polisi tərəfindən araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol