Menu

ABŞ Müdafiə naziri pakistanlı generala təşəkkür edib

29.04.2021, 17:50
ABŞ Müdafiə naziri pakistanlı generala təşəkkür edib

ABŞ Müdafiə naziri Lloyd Austin Pakistan Ordusunun Baş Qərargah rəisi, ordu generalı Qamar Cavid Bacva ilə ötən gün telefonla danışaraq, ABŞ-ın qonşu Əfqanıstandakı fəaliyyətinin məhdudlaşdırılması məsələsini və ordakı hərbi vəziyyəti müzakirə edib.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, söhbət əsnasında L.Austin ABŞ-Pakistan ikitərəfli münasibətlərinin əhəmiyyətini bir daha təsdiqləyib və Əfqanıstandakı sülh prosesini dəstəklədiyinə görə, Pakistana minnətdarlığını bildirib.

Bu arada ABŞ rəsmiləri, təhdidlərin artdığını əsas gətirərək, səfirlik işçilərindən Kabulu tərk etmələrini istəyib.

“Tolo News” xəbər verir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez iki gün öncə senatdakı çıxışında ABŞ qoşunları geri çəkildikdən sonra əfqanların “qaranlıq gələcəyindən” narahat olduğunu ifadə edib: “Necə geri çəkilməyimiz və hansı siyasi tənzimləmənin arxasında durduğumuz çox vacibdir. Əgər Taliban yenidən hakimiyyətə gələrsə, məncə Əfqanıstanın qadınları və qızları üçün indiki reallıq məhv olacaq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol