Menu

Rusiya və Ermənistanın Baş Qərargah rəisləri Moskvada görüşüb

30.04.2021, 19:21
Rusiya və Ermənistanın Baş Qərargah rəisləri Moskvada görüşüb

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Moskvada görüşüblər.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, danışıqlar nümayəndə heyətləri səviyyəsində keçirilib.

Görüşdə hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığına dair bir sıra məsələlər müzakirə edilib.

Bu, Rusiya və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin aprel ayı ərzində ikinci görüşüdür. Buna qədər onlar aprelin 14-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi komitəsinin iclası çərçivəsində görüşüblər.

Şərhlər

t.ədalət 2021-04-30 20:56:05

ermənistan dövlət deyil.Başlığı belə qoymaq düzgün olar:Rusiyanın baş qərargah rəisi ermənistandakı nümayəndəsi ilə görüşüb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol