Menu

Rusiyada olan Paşinyanın təyyarəsi Kazandan qayıda bilmir

30.04.2021, 23:02
Rusiyada olan Paşinyanın təyyarəsi Kazandan qayıda bilmir

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın təyyarəsində texniki nasazlıq aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan hökumətindəki mənbəyə istinadən “Aysor.am” bildirib.

Məlumata görə, hazırda nasazlıq aradan qaldırılır.

Hökumətdən bildirilib ki, əgər problem həll edilməsə, nümayəndə heyəti Ermənistana başqa təyyarədə qayıdacaq.

Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti Tatarıstan Respublikasının paytaxtı Kazanda Avrasiya İqtisadi Birliyinin hökümətlərarası şurasının iclasında iştirak edib.

Şərhlər

Eli 2021-05-01 00:18:33

Kül olsun olsun ölke başına ölke başçısının normal bir neqliyyat vasitesi de yoxdur hele torpaq iddiasındadır Burda deyibler ayranı yox içmeye çadrslı gedir ........

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol