Menu

ABŞ Əfqanıstanda hərbi əməliyyatlar üçün 2 trilyon dollar xərcləyib

01.05.2021, 15:23
ABŞ Əfqanıstanda hərbi əməliyyatlar üçün 2 trilyon dollar xərcləyib

ABŞ və NATO silahlı qüvvələri mayın 1-dən rəsmi olaraq Əfqanıstandan çıxmağa başlayıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, ABŞ-ın Müdafiə Nazirliyi mayın 1-də Əfqanıstanı 60 hərbçisinin tərk etdiyini açıqlayıb.

Əfqanıstanda ABŞ-ın 2 500-3 000 arasında hərbçisinin olduğu təxmin edilir. ABŞ hərbçiləri ilə yanaşı NATO-nin 7 min hərbçisi də mayın 1-dən Əfqanıstan tərk etməyə başlayıb.

ABŞ və NATO-dakı müttəfiqləri 2001-ci il sentyabrın 11-də törədilən terrorda sonra həmin il oktyabrın 7-də Əfqanıstana daxil olub. ABŞ-ın Broun Universitetinin “Müharibənin maliyyəti” layihəsinə əsasən, 20 il ərzində Əfqanıstanda hərbi əməliyyatlar üçün 2 trilyon dollardan artıq maliyyə vəsaiti xərclənib. Bu müddət ərzində ABŞ-ın 2 442 hərbçisi ölüb, 20 666-sı yaralanıb, NATO isə 1 144 hərbçisini itirib.

Şərhlər

Eli 2021-05-01 16:17:04

SBŞ heç vaxt boş yere pul xerclemez ,serg etdiyi pulları ölkeden küllü miqdarda herbi neqliyyat vasiteleri ile çıxardığı yüksek keyfiyyetli narkotklerin satışından gelen gelirle evezleyib.Sehv etmiremse fünyada narkotik istehsalının dördde üçü Efqanıstanın piayıns düşür.Tak çto ingilisler heç vaxt kimese ne bir sent cerce düşer ne de onlara baxt ayırar .Bular hamudı siyasetdir ve müselmanlardan öz ceyirlerine istifada metodlarıdor

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol