Menu

“Ermənilər Ağdamda Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar” - Korotçenko

01.05.2021, 18:38
“Ermənilər Ağdamda Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar” - Korotçenko

“Ağdamda elə bir hiss yaranır ki, sanki burada atom bombası partlayıb. Dağıdılmış Ağdam məhv edilmiş Xirosima və Naqasakini xatırladır”.

Bunu “Report”a Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya nümayəndə heyətinin Ağdama səfəri zamanı bildirib.

“Ermənilər burada Azərbaycan xalqına qarşı nifrət bombasını partladıblar. Dağıntıların miqyası insanı sarsıdır. Yəqin ki, yer üzündə vandalizmin, nifrətin və düşmənçiliyin miqyasının bu qədər aşkar şəkildə göründüyü başqa bir yer yoxdur. Bu, hərbi cinayətdir. Ermənistanın siyasi liderləri buna görə hərbi tribunalda cavab verməlidirlər. Bunu bağışlamaq mümkün deyil. Ermənistanın birinci və ikinci Qarabağ müharibələrini başladan və 1 milyondan çox azərbaycanlını öz torpaqlarından qovan siyasi liderləri cinayətlərinə görə cavab verməlidirlər”, - İ.Korotçenko deyib.

Onun fikrincə, azad edilmiş torpaqları bərpa etmək və Azərbaycan xalqının mənəvi yaralarını sağaltmaq üçün on illər lazım olacaq.

“Bunun üçün Azərbaycanın siyasi iradəsi var. Əminəm ki, bir müddət sonra azad edilmiş torpaqlar yenidən Azərbaycanın incisinə çevriləcək. Azərbaycan xalqı çox zəhmətsevərdir və bərpa işləri aparacaq. Bu, ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş azərbaycanlıların şərəfinə ucaldılmış ən yaxşı abidə olacaq”, – o deyib.

Şərhlər

Veteran 2021-05-01 22:34:42

Təkcə ernəni dığalarımı bunu edib?Bəs onun arxasında duran rus şovinisləri gorbagor Pyoturdan bəri Putinə qədər QATI CİNAYƏTKAR,İNDİ NÖVBƏ SİZİNDİR. siz rusları erməni dığalar,birdə sizi 5-ci kalonunuzla birlikdə cəhənnəmə vasil edəcəyik. Az qalıb.

Veteran 2021-05-01 20:47:39

Təkcə ernəni dığalarımı bunu edib?Bəs onun arxasında duran rus şovinisləri gorbagor Pyoturdan bəri Putinə qədər QATI CİNAYƏTKAR,İNDİ NÖVBƏ SİZİNDİR. siz rusları erməni dığalar,birdə sizi 5-ci kalonunuzla birlikdə cəhənnəmə vasil edəcəyik. Az qalıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol