Menu

Kolumbiyada etirazlar zamanı 17 nəfər öldürülüb, 431 nəfər saxlanılılb

04.05.2021, 00:25
Kolumbiyada etirazlar zamanı 17 nəfər öldürülüb, 431 nəfər saxlanılılb

Kolumbiya polisi ölkədə bir neçə gün ərzində keçirilən etirazlar zamanı 430-dan çox insanı saxlayıb.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi Cənubi Amerika respublikasının milli müdafiə naziri Dieqo Molano bildirib.

"Biz 431 nəfəri saxlamağa müvəffəq olduq", - nazir tvitterdəki öz səhifəsində yazıb.

O, əlavə edib ki, etirazlar zamanı 846 nəfər xəsarət alıb. Onlar arasında 540 polis əməkdaşı da var.

Yerli “Efe Eme” radiostansiyası isə bildirib ki, aksiyalar zamanı 17 nəfər öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol