Bayden KXDR ilə diplomatik qarşılıqlı fəaliyyətə hazırdır

Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni administrasiyası Koreya Xalq Demokratik Respublikası ilə Koreya yarımadasının tam nüvəsizləşdirilməsi üçün diplomatik qarşılıqlı fəaliyyətə hazırdır.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bəyan edib.

«Bizim Şimali Koreyaya yönəlik münasibətimiz düşmənçiliyə yox, həllə köklənib. Onun başlıca məqsədi Koreya yarımadasının tam nüvəsizləşdirilməsindən ibarətdir və biz, bu məqsədə çatmaq üçün diplomatik qarşılıqlı fəaliyyətə hazırıq» - Sallivan «ABC» telekanalının efirindən qeyd edib.

Onun sözlərinə görə, Ağ Ev «sınanmış, praktik və ölçülüb-biçilmiş yanaşmaya» əmindir ki, bunun sayəsində KXDR və İranın nüvə proqramları məsələsində irəli getməyin böyük ehtimalı yaranıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar