Menu

Şəhidin xatirəsinə həsr olunmuş şahmat turniri yekunlaşıb – FOTO

04.05.2021, 17:12
Şəhidin xatirəsinə həsr olunmuş şahmat turniri yekunlaşıb – FOTO

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” medalı ilə təltif olunmuş Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn keçirilmiş şahmat turnirinin qalibləri mükafatlandırılıblar.

Mükafatlandırma mərasiminində şəhid Murad Məmmədovun atası İlham Məmmədov, şəhid polkovnik-leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rayon Gənclər və İdman İdarələrinin rəisləri, “Ağ Top” Şahmat Klubun direktoru Cavanşir Bağırov, qalib şahmatçılar iştirak ediblər.

Qeyd edək ki, turnirin açılış mərasimi aprelin 12-də baş tutub. Turnirin onlayn açılış mərasiminində Milli Məclisin deputatı Hikmət Babaoğlu, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, şəhidin atası İlham Məmmədov, şəhidin təhsil aldığı 37 saylı tam orta məktəbin direktoru Ceyhun Bayramlı, “Ağ Top” Şahmat Klubun rəhbəri, fəal gənclər və həvəskar şahmatçılar iştirak ediblər.

Mükafatlandırma mərasiminində çıxış edən natiqlər qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Şəhid olmuş qəhrəman oğullarımızı illər keçsə də, gələcək nəsillər hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu igid, qəhrəman oğullarımızı daim qəlbimizdə yaşadaq.

Daha sonra turnirin qalibləri mükafatlandırılıb.

Turnirin qalibləri aşağıdakı şəxslər olub:

Ümumi yarışda

1. Mahmudzadə Yunis 

2. Xəlilzadə Murad 

3. Həmidov Allahverdi

12 yaşadək oğlanlar arasında

1. Rüstəmov Rüstəm 

2. Əlizadə Paşam 

3. Xəlilzadə Cavad

Ümumi qızlar arasında

1. Nuriyeva Nurtən 

2. Fərzəliyeva Şəms 

3. Mirzəyeva Səma

Qaliblərimizi təbrik edirik! Şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Şərhlər

Xalq 2021-05-04 19:39:19

Bütün şəhidlərə Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol