Menu

Təhsil Nazirliyindən “Son zəng”lə bağlı açıqlama

04.05.2021, 17:21
Təhsil Nazirliyindən “Son zəng”lə bağlı açıqlama

Təhsil Nazirliyi bu il XI siniflər üçün “Son zəng”in necə keçiriləcəyi məsələsinə münasibət bildirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ ilə bağlı hələ ki, konkret bir qərar yoxdur: "Ölkədəki pandemiya şəraiti nəzərə alınaraq müvafiq qərar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, ötən il pandemiya şəraiti ilə əlaqədar tədris ilinin sonunda virtual “Son zəng” keçirilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol