"Rusiya koronavirusla mübarizədə dünya lideridir"

Kuba Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Xulio Antonio Qarmendiya Penya Rusiya prezidentinin müşaviri Anton Kobyakovla görüşündə koronavirusla mübarizə üzrə Rusiyanın töhfələrini qiymətləndirib.

«Koronavirus pandemiyası bütün dünyaya görünməmiş çağırış etdi və bir daha səhiyyənin profil sahələri üzrə əməkdaşlığın genişləndirilməsinin qaçılmaz olduğunu göstərdi. Bu planda Rusiya dünya liderlərindən biridir: siz, qısa müddətdə bir sıra unikal peyvəndlər yaratdınız. Bu gün «Sputnik V» peyvəndi istifadə üçün dünyanın 61 ölkəsində bəyənilib. Bu, koronavirus infeksiyası ilə ümumbəşəri mübarizədə çəkili töhfədir» - səfir Moskvada bəyan edib.

«Roskonqresss» Fondunun mətbuat xidmətindən bildiriblər ki, Rusiya-Kuba görüşü ölkələr arasında ticarət-iqtisadi inkişafın, elm və təhsil sahəsində əməkdaşlığın və Kuba nümayəndəsinin Peterburq beynəlxalq iqtisadi forumunda iştirakının müzakirəsinə həsr olunub.

Rusiya prezidentinin müşaviri Anton Kobyakovun fikrincə, iki ölkə arasında siyasi təmaslar son illər getdikcə intensiv xarakter alır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar