Menu

Azərbaycan Ordusunun itkin düşən hərbi qulluqçusunun şəhid olduğu təsdiqlənib

05.05.2021, 12:28
Azərbaycan Ordusunun itkin düşən hərbi qulluqçusunun şəhid olduğu təsdiqlənib

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

“Report”un xəbərinə görə, döyüşlərin ilk günlərindən itkin düşən Mingəçevir sakini, 1990-cı il təvəllüdlü Tağıyev Pərviz Hafiz oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Onun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkarlanıb.

Şəhid bu gün Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

P.Tağıyev subay idi.

Allah rəhmət eləsin!

Tağıyev Pərviz

Tağıyev Pərviz

Şərhlər

Xalq 2021-05-05 16:14:56

Allah şəhid balamıza rəhmət eləsin! Məkanı cənnət olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol