Menu

Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını güllələyərək öldürüb

05.05.2021, 16:21
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını güllələyərək öldürüb

Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını güllələyərək öldürüb.

“Report” “Sputnik- Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hadisə ötən gün baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Artyom Ovikoviç Melkonyan adı açıqlanmayan əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol