Menu

Buraxılış imtahanına gəlməyənlərin sayı açıqlanıb

06.05.2021, 18:27
Buraxılış imtahanına gəlməyənlərin sayı açıqlanıb

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanında iştirakı nəzərdə tutulan 26491 nəfərdən 376 nəfər imtahana gəlməyib.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol