Maldiv parlamentinin sədri partlayış zamanı xəsarət alıb

Maldiv Respublikası parlamentinin spikeri, ölkənin sabiq prezidenti Məhəmməd Naşid ada dövlətinin paytaxtında baş vermis partlayış nəticəsində xəsarət alıb. “Report”un məlumatına görə, bu barədə yerli polis məlumat yayıb.

Polisin tvitterdəki hesabında bildirilir ki, Naşid xəstəxanaya yerləşdirilib və müalicə edilir. Onun vəziyyəti barədə məlumat verilmir.

Hadisə yerində hüquq-mühafizə orqanlarının nümayəndələri işləyir. Asayiş keşikçiləri yerli sakinləri partlayışın baş verdiyi əraziyə getməməyə çağırıb.

“Sun Online” nəşri isə qeyd edib ki, hadisə sabiq prezidentin evinin yaxınlığında olub. Partlayış zamanı Naşidlə birlikdə onun mühafizəçisi və xarici ölkə vətəndaşı olan daha 1 nəfər xəsarət alıb.

Partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar