Arif Quliyev dəfn olunub - YENİLƏNİB


Azərbaycanın Xalq artisti Arif Quliyev dəfn olunub.

"Report" xəbər verir ki, Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları, dostları və yaxınları iştirak ediblər.

***

Azərbaycanın Xalq artisti Arif Quliyevlə vida mərasimi başa çatıb.

"Report" xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün yaşadığı mənzilin həyətindən götürülüb.

Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

***

Azərbaycanın Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer müəyyənləşib.

"Report" xəbər verir ki, A.Quliyevin cənazəsi bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti A.Quliyev ötən gün axşam saatlarında dünyasını dəyişib.

Bir müddətdir koronavirusa yoluxan sənətçinin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulmuşdu.

635x100

Şərhlər

Xaliq 2021-05-07 14:05:19

Allah inşAllah rəhmət eləsin !

Xalq 2021-05-07 13:39:36

bu da son! Allah rəhmət eləsin!

Son yazılar