Menu

Biləsuvarda bir ailənin üç üzvü koronavirusdan ölüb

07.05.2021, 15:55
Biləsuvarda bir ailənin üç üzvü koronavirusdan ölüb

Biləsuvar rayonunda bir ailənin üç üzvü koronavirusdan vəfat edib. "Report"un Muğan bürosu xəbər verir ki, Bəydili kəndində yaşayan Fərəcovlar ailəsinin 5 üzvündən götürülmüş koronavirus testinin nəticələri pozitiv çıxıb.

Müalicə alan ailənin üzvlərindən - Fərəcov İxtiyar Paşa oğlu (1939-cu il), Fərəcov Teymur İxtiyar oğlu (1966-cı il) və Fərəcova Badam Mehdi qızı (1939-cu il) vəfat edib.

Qeyd edək ki, ölənlərdən ikisi ər və arvad, digəri isə onların oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol