“E-171” qida əlavəsi daha təhlükəsiz sayılmır – EFSA

Ərzaq təhlükəsizliyi üzrə Avropa agentliyi (EFSA) elan edir ki, «E-171» işarəsi ilə yayılmış süni rəng maddəsi bundan sonra təhlükəsiz qida əlavəsi hesab olunmur.

Titan-dioksid kimi tanınmış bu inqrediyentdən lak və rəng maddələrinin, keramikanın, şüşənin, rezinin, kağız və plastikin, kosmetikanın, dərman və gigiyena vasitələrinin istehsalında istifadə olunur.

O, həm də yeyinti sənayesində məhsullara cəlbedici xarici görkəm vermək və onların saxlama müddətinin uzadılması məqsədilə qida əlavəsi qismində istifadə olunur.

Ancaq indi EFSA mütəxssisləri müəyyən ediblər ki, daxilə qəbuldan sonra titan-dioksid orqanizmdə cəmlənə bilir. Bununla əlaqədar olaraq, agentliyin ekspertləri təsdiqləyiblər ki, E-171 qida əlavəsinin gün ərzində buraxıla bilən istehlak miqdarını müəyyən etmək mümkün deyil.

Bu zaman qeyd olunur ki, insan orqanizmində müəyyən konsentrasiyaya çatarkən, titan-dioksid genotoksik ola bilir, başqa sözlə, DRT-a (dezoksiribonuklein turşuları) neqativ təsir göstərir.

Bu nəticələrdən çıxış edərək, Fransa artıq öz ərazisində titan-dioksid tərkibli ərzaq məhsullarının satışını qadağan edib. Bu maddə əsasən, şirin ərzaqların (tort, desert, saqqız rezini, konfet, şokolad və dondurma) istahsalında istifadə olunur.

Hesab edirik ki, ölkəmizdə də Qida Təhlükəsizliyi Agentliyi (QTA) və eyni adlı institut bu inqrediyentdən istifadə məsələsini ciddi nəzarət altına almalı, bu istiqamətdə ərzaq istehsalçıları arasında müvafiq maarifləndirmə işlərinə start verməlidir.

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Niyaməddin 2021-05-09 22:52:46

Təşəkkürlər Mirzə bəy!

Son yazılar