Daşkəsəndə polis şəhid ailələrinə bayram sovqatları payladı

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları Ramazan bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrini ziyarət ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, ziyarət zamanı polis əməkdaşları şəhid ailələrini bayram münasibəti ilə təbrik edib, onların gündəlik qayğıları ilə maraqlanıblar. Şəhid ailələrinə ərzaq yardımı edilib və hədiyyələr təqdim olunub.

Görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Dövlət rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə, polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

635x100

Şərhlər

Meslehet 2021-05-10 02:33:43

Hormetli AzPolitika.info saytinin oxuculari , siz bilirsiniz ki, INTERNETDE www.google.az vikipediya sehifesinde bildirilir ki, Baki şəhəri bolunub Administrativ 11 rayonlara və hər bir Baki rayonunda , Rayon Polis Şobesi fealiyyet gosterir. Bakida yashayan kasib insanlarin yazili erize shikayetlerine ve muracietlerine , muvafiq idarelerin , qurumlarin , selahiyyetli memurlari , MEHEL QOYMURLAR , vetendashlarin problemlerini hell etmek istemirler.... Sual olunur , bu QEBULEDILMEZ VEZIYYETI NECE DEYISHMEK OLAR ????? Bu sualin CAVABI : Bakinin 11 rayonlarinda yashayan vetendashlarin problemleri hell olunmursa memurlar terefinden, bu halda , her bir rayonun vetendashlari , YALNIZ ve YALNIZ , oz yashadiqlari erazinin , RAYON POLIS ŞOBESINE MURACIET ETSINLER ki, POLIS ŞOBESININ SELAHIYYETLI RESMILERI , KOMEKLIK GOSTERSINLER VETENDASHLARA , PROBLEMLERININ HELL OLUNMASI UCHUN

Son yazılar