Menu

ABŞ-da atışma olub -1 nəfər öldürülüb, daha 7 nəfər xəsarət alıb

10.05.2021, 00:09
ABŞ-da atışma olub -1 nəfər öldürülüb, daha 7 nəfər xəsarət alıb

ABŞ-ın Arizona ştatında atışma olub. “Report” xəbər verir ki, bu barədə “FOX 10 Phoenix” telekanalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Finiks şəhərində, “Hyatt Regency” otelində baş verib. Atışma zamanı 1 nəfər öldürülüb, daha 7 nəfər xəsarət alıb. Xəsarət alanlar 18-22 yaşlı gənclərdir. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər. Onların kimliyi açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol