Udilər Laçındakı "Ağoğlan" məbədində növbəti dəfə ibadət ediblər

Bu gün Laçın rayonunda səfərdə olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri növbəti dəfə "Ağoğlan" məbədini ziyarət ediblər.

"Report"un Laçın rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, icma nümayəndələri Pasxa bayramı ərəfəsində monastırda dini ayinlərini icra ediblər və şamlar yandırıblar.

Beləliklə, qədim Alban kilsəsinin əsl varislərinin "Ağoğlan" məbədinə 180 ildən sonra üçüncü ziyarəti reallaşıb.

Qeyd edək ki, səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri iştirak edirlər.

Səfər Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

635x100

Şərhlər

Vətəndaş 2021-05-12 09:49:52

Sabahda udilər ərazi iddiası ilə çıxış edərlər..bir sözlə yağışdan çıxıb yağmura düşmək məsəli

Son yazılar