Menu

"Şuşa məscidində şiə və sünni qardaşlarımız birlikdə ibadət etdilər" - Allahşükür Paşazadə

13.05.2021, 10:45
"Şuşa məscidində şiə və sünni qardaşlarımız birlikdə ibadət etdilər" - Allahşükür Paşazadə

"Qarabağ torpağında olan bütün dini abidələrimiz bərpa olunacaq".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan Ramazan bayramı namazı mərasimində deyib.

"Şuşadan gələn azan səsi bizi çox sevindirir. Bu gün Şuşa məscidində bizim şiə və sünni qardaşlarımız birlikdə ibadət etdilər. Bu, rəmzi idi. Allah bizə nəsib edəcək, həm Şuşada, həm də azad olunan digər yerlərdə birlikdə ibadətlər edəcəyik", - o əlavə edib.

Şərhlər

kamil 2021-05-14 21:41:39

Bu adam düzələn deyil

zaza 2021-05-13 21:39:17

bu dini lider yox,araqarışdırandır,sünni,şiə nədir?

Ağasəf Qədirov 2021-05-13 12:19:05

Inşallah başqa yerlərdə də belə olar

Gt 2021-05-13 11:29:41

Bu dа dini lider... Bu dа şeyx... Sünnü şiə məsələsinin yeridir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol