Menu

Türkiyədə koronavirusdan ölənlərin sayı 44 mini keçdi

13.05.2021, 23:31
Türkiyədə koronavirusdan ölənlərin sayı 44 mini keçdi

Türkiyədə son sutka ərzində koronavirus (COVID-19) infeksiyasından daha 238 nəfər dünyasını dəyişib.Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda həm də 11 min 534 yeni yoluxma faktı qeydə alınıb. Beləliklə, virusa yoluxanların sayı 5 milyon 83 min 996, pandemiya qurbanlarının sayı isə 44 min 59 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 856 min 763 pasiyent sağalaraq evə buraxılıb. Onlardan 55 min 472 nəfəri son sutka ərzində sağalanlardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol