Menu

“Avropa müsəlmanlar üçün məhbəsə çevrilir” - Ərdoğan

14.05.2021, 00:19
“Avropa müsəlmanlar üçün məhbəsə çevrilir” - Ərdoğan

İslamofobiya xəstəliyi Avropanı orada yaşayan müsəlmanlar üçün «açıq səma altında məhbəsə çevirir».

Bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib. Xəbəri «Yeni Şafak» qəzeti yayıb.

«İslamofobiya virusu koronavirus qədər təhlükəlidir, sürətlə yayılır, xüsusilə də Avropa ölkələrində - Ərdoğan Ankarada Quran oxunması üzrə müsabiqədə çıxış edərkən deyib - Avropada situasiya orada yaşayan müsəlmanların təhlükəsizliyi üçün həyacanlı hala gəlib və ciddi təhlükəyə çevrilib».

Avropada demək olar, 35 milyon müsəlmanın yaşadığından danışarkən, o cümlədən onların 6 milyonunun «türk kökəni»nə malik olduğundan danışarkən, dövlət başçısı bildirib ki, Avropa qitəsi «getdikcə daha çox açıq səma altında qardaş və bacılarımız üçün məhbəsə çevrilir».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol