Menu

Bakıda ağır qəza: ölən və yaralananlar var

20.10.2014, 11:08
Bakıda ağır qəza: ölən və yaralananlar var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 18-də Xəzər rayonu Türkan qəsəbəsi ərazisində qəsəbə sakini, 1985-ci il təvəllüdlü Qismət Əliyev idarə etdiyi «Mercedes» markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Nəticədə, Q.Əliyev, sərnişinləri, 1993-cü il təvəllüdlü Taleh Dadaşov, 1983-cü il təvəllüdlü Vüsal Atakişiyev və 1963-cü il təvəllüdlü Niyaməddin Məsimzadə 3 saylı xəstəxanaya yerləşdirilib. Q.Əliyev aldığı bədən xəsarətlərindən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol