Menu

Tokio Tibb İşçiləri Assosiasiyası Olimpiadanın ləğvi üçün çağırış edib

18.05.2021, 20:05
Tokio Tibb İşçiləri Assosiasiyası Olimpiadanın ləğvi üçün çağırış edib

6000 həkimin üzv olduğu Tokio Tibb İşçiləri Assosiasiyası Yaponiyanın baş naziri Yesixide Suqaya açıq məktub göndərib.

Apasport.az saytının məlumatına görə, səhiyyə işçiləri koronavirus pandemiyası üzündən Tokio Yay Olimpiya Oyunlarının ləğv edilməsinə çağırış edib.

Məktubda bildirilir ki, təşkilatçı şəhərin xəstəxanalarında demək olar boş yer yoxdur: “Biz hökumətdən qətiyyətlə xahiş edirik ki, Beynəlxalq Olimpiya Komitəsini Olimpiya Oyunlarının təşkilinin çətinliyini inandırsın və ləğvi barədə qərara nail olsun”.

Qeyd edək ki, ötən ildən təxirə salınan Tokio-2020 iyulun 23-dən avqustun 8-dək keçirilməlidir.

Şərhlər

B.Qarabağlı 2021-05-19 11:45:19

Cənab Səfir, Sain Tibb mütəxəssisləri, Covid-19 xəstələrini uçaqla acil geri uçurtmaq mümkündür! Amma, cinayətkarca öldürülmüş insanları və dağıdılmış evləri bərpa müşkül işdir? Gələcək Olimpiadalara qanuna zidd müharibə aparan (Ermənistan, RF, ABŞ və s.), habelə silahlı provfrfsiyalara dəstək verən dövlət (ABŞ, Rusiya, Fransa və d.) nümayəndələrini idman yarışlarına buraxmaq da hüquqən cinayətə dəstək hərəkətdir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol