Menu

Mahir Emreli "Qarabağ"dan ayrılır

20.05.2021, 00:27
Mahir Emreli "Qarabağ"dan ayrılır

"Qarabağ"ın futbolçusu Mahir Emreli Ağdam klubundan ayrılır. "Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, 24 yaşlı hücumçunun mövqeyinə yeni oyunçu tapmaq asan olmayacaq.

Qeyd edək ki, "Qarabağ"la müqaviləsi başa çatan Mahir Emrelinin Polşanın "Legiya" klubuna keçəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol