Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğə aylıq əlavə haqq ödəniləcək.
APA-nın məlumatına görə, bu, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, dövlət qulluqçusuna qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilib və həmin haqq qanunvericiliklə müəyyən edilmiş qaydada artırılıb. Haqqın məbləği isə qanunvericiliklə müəyyən edilib.


Şərhlər
Amma məmurun , Dövlət qulluqçusunun - dövlət quldurunun yox...
Məmurun maaşı yüksək olmalıdır, ranqa görə 1500 - 10000 arası
Bu ədalətli deyil. Cəmiyyətin xüsusi bir təbəqəsini əlahiddə qayğı altına almaqdır və əməyə görə haqq ,eləcə də bərabərlik prinsipinə ziddir. Qanun təbiət etibarilə feodal qanunudur və gələcəkdə yəqin ki qüvvədən salınacaq. Dövlət qulluqçusu ilə bazar hambalı eyni binada yaşamalıdır. Bu sosializ demək deyil, sivilizasiyanın tələbidir.