Menu

"Moskva Ukrayna ilə sərhədyanı əməkdaşlığın əleyhinə deyil" - Peskov

24.05.2021, 00:06
"Moskva Ukrayna ilə sərhədyanı əməkdaşlığın əleyhinə deyil" - Peskov

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin mümkün görüşü üzrə məsləhətləşmələr gedir, amma ünsiyyət mövzusu üzrə hələ ki, situasiya dalan xarakterlidir.

Bu barədə jurnalist Pavel Zarubinə «Rossiya-1» telekanalı üçün müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

«Dalan situasiyasıdır. Bizim ukraynalı «dostlarımız» deyirlər: «Biz, Krımı müzakirə edəcəyik». Ancaq əgər Krımın müzakirəsi sərhədyanı əməkdaşlığın inkişafı planında olacaqsa - bilirsiniz, Rusiya bir sıra xarici ölkələrlə sərhədyanı əməkdaşlığa malikdir- əgər bu planda olsa, o zaman əminəm ki, Putin hazır olacaq. Amma əgər nəyi isə başqasını müzakirə etmək, yəni ki, Krım Rusiya bölgəsi deyil, o zaman heç kim heç vaxt heç kimlə müzakirə aparmayacaq» - Peskov qeyd edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol