Menu

Füzulidə erməni əsgərlərin meyitləri aşkarlandı

24.05.2021, 21:47
Füzulidə erməni əsgərlərin meyitləri aşkarlandı

Bu gün Füzuli rayonunda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş, lakin əvvəllər itkin düşmüş sayılan daha 4 əsgərinin meyiti aşkarlanıb.

Bu barədə “Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir.

Meyitlərinin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi meyitləri Qarabağda aşkarlanmış, əvvəllər itkin düşmüş əsgərlərin sayını daha açıqlamır. Halbuki ki, əvvəllər bu say mütəmadi olaraq ictimaiyyətə açıqlanırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol