Rusiyanın hərbi gəmiləri Britaniya sahillərinin yaxınlığında həddən artıq fəallıq göstərirlər və bu, narahatlıq yaradır.
Bunu krallığın müdafiə naziri Ben Uolles bəyan edib.
O, həm də qeyd edib ki, 2020-ci ilin sonunda İrlandiya dənizində Rusiyanın sualtı qayığı peydə olub ki, bu da lap çoxdan baş vermirdi.
Uollesin sözlərinə görə, London Moskvaya «bir nömrəli təhdid» kimi baxır («The Telegraph»). O, əlavə edib ki, gərginliyin aradan qaldırılması cəhdləri hələlik nəticə verməyib, nədən ki, Rusiya «münasibətlərə yönəlik öz yanaşmasını dəyişməlidir».
Bundan əvvəl Böyük Britaniya hakimiyyəti Avropanın təhlükəsizliyi üçün Rusiyanı başlıca nüvə, hərbi və hibrid təhdid adlandırıb.
AzPolitika.info


Şərhlər